Mahir Emreli Xorvatiya çempionu olub

16
may
2022
08:59
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun heyətində Xorvatiya çempionu olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, XXXV turda səfərdə "Şibenik" üzərində 2:0 hesablı qələbə sayəsində mümkün olub. Beləliklə, sona 1 tur qalmış xalını 76-ya çatdıran "Dinamo" ən yaxın izləyicisi "Hayduk"u 4 xal geridə qoyub.
Beləliklə, paytaxt təmsilçisi ardıcıl 5-ci, ümumilikdə 23-cü dəfə Xorvatiya çempionu olub.
Qeyd edək ki, Mahir Emreli qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.
Oxşar xəbərlər
Zaqreb "Dinamo"su Emreli ilə növbəti qələbəsini qazandı
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının heyətində növbəti oyununu keçirib. BAKU.WS "Report"a istinadən...
