SİZİN REKLAM BURADA!
055 213 76 73


Taekvondo üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda keçiriləcək.

Bununla bağlı qərar Ümumdünya Taekvondo Federasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda əsas məsələ gələn il keçiriləcək dünya çempionatı olub. Mundial üçün 3 ölkə namizədliyini versə də, son anda Bolqarıstan geri çəkilib. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Səsvermə nəticəsində bu hüquq ilk dəfə ölkəmizə verilib. 2024-cü ildə baş tutacaq Paris Yay Olimpiya Oyunları öncəsi mundiala Bakı ev sahibliyi edəcək. 2023-cü ildə paytaxtımızda keçiriləcək yarış may ayının sonuna planlaşdırılır.

BAKU.WS