SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Erməni şahmatçısı Levon Aronyanın Bakıda keçiriləcək şahmat üzrə Dünyanın Kubokunda iştirak etməsinə icazə verilib. 
 
BAKU.WS-in məlumatına görə, Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bu məsələyə münasibət bildirib. Nazir söyləyib ki, Azərbaycanın icazəsi olmadan işğal altındakı ərazilərə səfər edənlərin ölkəyə girişinə qadağa qoyulur:

"Bəzi insanlar bunu bilmədən etdiklərini bildirir, bəziləri isə Azərbaycan qanunlarını pozduqları üçün üzr istəyirlər. Amma bəzən xüsusi önəm kəsb edən məsələlərdə hökumətimiz idman naminə güzəştə gedərək qərar qəbul edə bilər. Aronyanın Bakıya buraxılması da buna görədir".
 
Qeyd edək ki, sentyabrın 10-da Bakıda  Dünya Kuboku start götürəcək. Erməni şahmatçı həmin yarışda mübarizə aparacaq.
 
BAKU.WS