SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Avropa Liqasında 1/8 final mərhələsinin oyunları keçirilib.

BAKU.WS xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniyada "Barselona" ilə qolsuz heç-heçə edib.

Gecənin digər qarşılaşmalarında "Reyncers" Şotlandiyada Serbiyanın "Srvena Zvezda" klubuna, "Braqa" Portuqaliyada Fransa "Monako"suna, "Atalanta" isə İtaliyada Almaniyanın "Bayer" (Leverkuzen) komandasına qalib gəlib.

Avropa Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

10 mart

"Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya) - 3:0

Qollar: Ceyms Tavernye, 11 (pen.). Alfredo Morelos, 15. Folarin Baloqan, 51

"Braqa" (Portuqaliya) - "Monako" (Fransa) - 2:0

Qollar: Abel Ruis, 3. Vitor Oliveyra, 89

"Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 3:2

Qollar: Ruslan Malinovski, 23. Luis Muriel, 25; 49 - Çarles Arangis, 11. Mussa Diabi, 63

"Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə) - 0:0

"Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə) - 1:0

Qol: Munir El-Haddadi, 60

Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.

BAKU.WS