Avropa Liqası: "Qalatasaray" səfərdə "Barselona" ilə heç-heçə edib

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin oyunları keçirilib.
BAKU.WS xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniyada "Barselona" ilə qolsuz heç-heçə edib.
Gecənin digər qarşılaşmalarında "Reyncers" Şotlandiyada Serbiyanın "Srvena Zvezda" klubuna, "Braqa" Portuqaliyada Fransa "Monako"suna, "Atalanta" isə İtaliyada Almaniyanın "Bayer" (Leverkuzen) komandasına qalib gəlib.
Avropa Liqası, 1/8 final mərhələsi
İlk oyunlar
10 mart
"Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya) - 3:0
Qollar: Ceyms Tavernye, 11 (pen.). Alfredo Morelos, 15. Folarin Baloqan, 51
"Braqa" (Portuqaliya) - "Monako" (Fransa) - 2:0
Qollar: Abel Ruis, 3. Vitor Oliveyra, 89
"Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 3:2
Qollar: Ruslan Malinovski, 23. Luis Muriel, 25; 49 - Çarles Arangis, 11. Mussa Diabi, 63
"Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə) - 0:0
"Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə) - 1:0
Qol: Munir El-Haddadi, 60
Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.

Oxşar xəbərlər
"Barselona" "Qalatasaray"a rəqib oldu
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. BAKU.WS Report-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan təd...