VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
26 iyunda - Azərbaycanda Silahlı Qüvvələr günü qeyd olunduğu zaman ölkəmizin himni Portuqaliyanın Anadiya şəhərində səsləndi.

Azərbaycanı Rio-2016 Olimpiya Oyunlarında təmsil edəcək Oleq Stepko 23-26 iyun tarixlərində keçirilmiş "Challenge” seriyasına aid idman gimnastikası üzrə FIG Dünya Kubokunda sevimli aləti olan parallel qollarda qızıl medala layiq görülüb. O, bu alətdə çıxışına görə hakimlərdən 15.800 xal toplayıb.

Sərbəst hərəkətlərdə və halqalar üzərində çıxışına görə də finala yüksələn Oleq hər iki alətdə 7-ci nəticəni göstərib.

Oleq ilə birgə parallel qollarda finala vəsiqə qazanmış digər təmsilçimiz Petro Paxnyuk isə 5-ci yeri tutub.
 
BAKU.WS