SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda Bakıda keçirilən "Qarabağ" - "Omoniya" oyunu başa çatıb.

BAKU.WS xəbər verir ki, "Qarabağ" 10 nəfərlə qalan rəqibini məğlub edə bilməyib və qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Beləliklə, "köhlən atlar" 1 xal qazanaraq qrup ikincisi olub.

***

23.37

"Qarabağ" - "Omoniya" oyununda hesab bərabərləşir.

BAKU.WS xəbər verir ki, "Omoniya"nın qolunu oyunun 90-cı dəqiqəsində Jordi Gomes mərkəz xəttindən qapımıza vurur.

***

23.30

"Qarabağ" - "Omoniya" oyununda hesab arasında fərq artır.

BAKU.WS xəbər verir ki, hesab arasındakı fərqi 88-ci dəqiqədə Patrik Andrade artırır.

***

22.56

"Qarabağ" - "Omoniya" oyununda hesab bərabərləşib.

BAKU.WS xəbər verir ki, oyunun 49-cu dəqiqəsində "Omoniya"nın futbolçusu Paris Psaltisin avtoqulu "köhlən atları" sevindirir.

***

22.32

"Qarabağ" - "Omoniya" oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, hesabı oyunun 43-cü dəqiqəsində "Omoniya"nın oyunçusu Michal Durish 11 metrlik cərimə zərbəsindən açıb.

***

21.48

UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda Bakıda "Qarabağ" və Kipr "Omoniya"sının oyununa start verilib.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma saat 21:45-də başlayıb.

BAKU.WS