SİZİN REKLAM BURADA!
055 213 76 73


UFC-nin tanınmış azərbaycanlı döyüşçüsü Rafael Fiziyev Qırğızıstan bayrağı altında çıxışını dayandıracaq.

BAKU.WS-in məlumatına görə, bu barədə idmançı özü məlumat verib.

O qeyd edib ki, ailəsi ilə birlikdə ölkəni tərk etməyi planlaşdırır. Rafael Fiziev mövcud qərarını Qırğızıstan Müftiliyi və sosial media istifadəçilərinin ona təzyiqi ilə əlaqələndirib:

"Mən heç vaxt vaiz olmamışam. Sadəcə Instaqramda milyonlarla insanın etdiyini - həyat tərzimi, gündəlik nə ilə məşğul olmağımı paylaşmışam. Hər bir insanın öz fikri var və dünyəvi dövlətdə hər şeyi qanuni etmək hüququna malikdir.

Mən də bunu etmişdim. Amma bu gün müftilik tərəfindən çox zülm gördüm. Bu səbəbdən mənə və ailəmə çox təzyiq göstərdilər".

Buna qədər "YouTube"da Qırğızıstanın keçmiş müftisi Maksatbek Toktomuşevin tənqid olunduğu video yayılıb.

Toktomuşevdən sual ünvanlanıb ki, Rafael Fiziyevin İraqın Kərbəla şəhərini Məkkə və Mədinədən sonra ən müqəddəs şəhər hesab etməsi nə qədər doğrudur?

Keçmiş müfti də cavab verib ki, Fiziyev Qırğızıstanın qürur mənbəyidir, amma idmanı imanla qarışdırmamalıdır. O, fikrini belə əsaslandırıb ki, Orta Asiya xalqları sünni inancına sadiqdirlər:

"Belə fikirlər səsləndirə bilməzsiniz. Bunu açıq şəkildə deyirəm. Bu, dinlərarası qarşıdurmaya səbəb ola bilər. Buna görə də ümid edirəm ki, idmançımız mənim sözlərimi düzgün qəbul edəcək və müraciətlərini dayandıracaq".

Qeyd edək ki, Rafael Fiziyevin məlum paylaşımı sosial şəbəkə istifadəçiləri arasında aktiv müzakirələrə səbəb oldu. UFC reytinqində idmançı yüngül çəki dərəcəsində 14-cü yerdə qərarlaşıb. O, UFC-də keçirdiyi döyüşlərə Azərbaycan və Qırğızıstan bayraqları ilə çıxırdı. Fiziyev mətbuat konfranslarında tarixi vətəninin Azərbaycan olduğunu və azərbaycanlı olması ilə fəxr etdiyini dəfələrlə vurğulayıb. 

BAKU.WS
VİDEO

VİDEO

VİDEO