SİZİN REKLAM BURADA!
055 213 76 73


"İkinci hissəyə də müdafiədə yaxşı başlayacağımızı ümid edirdim. Amma Serbiya bizdən daha güclü idi".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Serbiya yığmasına 1:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "Radio Bruno"ya açıqlamasında deyib.

İtaliyalı mütəxəssis meydanda sonadək mübarizə apardıqlarını bildirib: "Bütün futbolçular bacarıqlarının 100 faizini ortaya qoydu. Təəssüf ki, istəyimiz baş tutmadı".

65 yaşlı baş məşqçi rəqibin heyətində dubl müəllifi olan Duşan Vlahoviçi fərqləndirib. De Byazi İtaliya "Fiorentina"sında çıxış edən 21 yaşlı hücumçunun fiziki cəhətdən güclü və texnikalı oyunçu olduğunu vurğulayıb: "Onu saxlamaq çox çətindir. Mənə yaşından daha yetkin görünür. Amma bugünkü futbolu şərh etmək çətindir. Keçmişin romantikası artıq yoxdur. Böyük klublara getsə, əminəm ki, daha yaxşı olacaq. Hər top uğrunda mübarizə aparır. Böyük karyera qura bilər".

Qeyd edək ki, Duşan Vlahoviç 30 və 53-cü dəqiqələrdə Azərbaycan millisinin qapısına yol tapıb. Gənc forvard ilk qolu penaltidən vurub.

BAKU.WS