SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Olimpiya Stadionunda oynanılan və norveçli FIFA referisi Espen Eskasın idarə etdiyi görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

BAKU.WS xəbər verir ki, İrlandiya millisinin heyətində Robinson dubl edib, Oqbene isə bir qola imza atıb. 

Bu qələbədən sonra xallarını 5-ə çatdıran İrlandiya yığması 4-cü pillədəki mövqeyini qoruyub. Azərbaycan isə 1 xalla qrupda sonuncudur.

Qeyd edək ki, bu qrupun digər oyununda Serbiya seçməsi Lüksemburqun qonağı olacaq.

***21:51

Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda VAR sistemindən istifadə olunub.

BAKU.WS xəbər verir ki, görüşün baş hakimi Espen Eskas Mahir Emreli ilə rəqib müdafiəçi arasında ikili mübarizə zamanı penalti olub-olmamasını dəqiqləşdirmək məqsədilə VAR-a müraciət edib.

Epizodun təkrarını izləyən referi qarşılaşmanı davam etdirib.

Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və qonaqlar hesabda öndədir - 2:0.

***20:46

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan - İrlandiya matçında hesab dəyişib.

BAKU.WS xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində Robinson dubla imza atıb.

Hazırda davam edən matçda millimiz 0:2 hesabı ilə məğlub olur.

***20:30

Bakıda Azərbaycan və İrlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, 7-ci dəqiqədə qonaqların futbolçusu Kallum Robinson fərqlənib.

***20:20

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan-İrlandiya oyununa start verilib.

BAKU.WS xəbər verir ki, “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanan matçda millimizin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Höccət Haqverdi, Maksim Medvedev, Namik Ələskərov, Emin Mahmudov, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov, Anton Krivotsyuk və Filip Ozobiç yer alıblar.

İrlandiya yığmasının heyətində isə meydana Gevin Bazunu, Mett Doerti, Şeyn Daffi, Con İqan, Joş Kullen, Kallum Robinson, Adam İdah, Ceyms Makkleyn, Ceff Hendrik, Deril Horqan və Endryu Omobamidele çıxıblar.

Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edir. Qarşılaşmanın baş hakimi Espen Eskasdır. Ona Kim Thomas Haglund və Oystein Ytterland kömək edirlər. Dördüncü hakim funksiyasını Kai Erik Steen yerinə yetirir.

Matçın VAR hakimi Abdulkadir Bitigen, köməkçi hakim isə Ali Palabıyıkdır (hər ikisi Türkiyə).

Millimizin yer aldığı A qrupunda Portuqaliya millisi 13 xalla birinci, Serbiya seçməsi 11 xalla ikinci, Lüksemburq 6 xalla üçüncü pillədə qərarlaşıb. İrlandiya seçməsi 2 xalla dördüncü, hesabında 1 xalı olan millimiz isə sonuncu pillədə yer alıb.

BAKU.WS
VİDEO