SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransa PSJ-sində Kilian Mbappe və Neymarın münasibətləri komandaya Lionel Messinin gəlişindən sonra kəskinləşib.

BAKU.WS "Report"a istinadən məlumatına görə, Mbappe Liqa 1-də VIII turun "Monpelye"ni 2:0 hesabı ilə yendikləri matçında braziliyalı hücumçunun davranışını bəyənməyib. Fransalı forvard 88-ci dəqiqədə əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasında komanda yoldaşı İdrissa Geyeyə Neymardan şikayətlənib. Mbappe "sambaçı"nın Yulian Drakslerə ötürmə verməsindən sonra "O, mənə pas atmır" deyib.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Onun azad agent kimi İspaniya "Real Madrid"inə keçəcəyi gözlənilir.

BAKU.WS