Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün və turun son oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüş paytaxt təmsilçisi ilə SSRİ çempionatında bürünc medal qazanmış Yaşar Babayevin vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.

"Qarabağ"ın yeni transferi İbrahima Vadji 21-ci dəqiqədə İsmayıl Züfüqarlının səhvindən sonra hesabı açıb. Seneqallı hücumçu 45-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.

İkinci hissəyə meydan sahibəri daha fəal başlayıb. "Neftçi"nin kapitanı Emin Mahmudov 47-ci dəqiqədə hesab arasındakı fərqi azalda bilib. "Ağ-qaralar" bir neçə dəfə təhlükəli qol epizodu yaratsa da, istəyinə çata bilməyib.

Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran "Qarabağ" "Qəbələ" ilə birlikdə ilk iki pilləni bölüşdürür. "Neftçi" isə 4 xalla 5-cidir.

Qeyd edək ki, günün digər matçında "Səbail" evdə "Sumqayıt"ı məğlub edib. Turun digər görüşlərində "Zirə" səfərdə "Keşlə"ni, "Qəbələ" isə "Sabah"ı 2:0 hesabı ilə üstələyib.

***

19.51

Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunda üz-üzə gələcək "Neftçi" və "Qarabağ" komandalarının start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaq:

“Neftçi”: 30. Aqil Məmmədov 8. Emin Mahmudov (k) 3. Mamadu Mbodj 6. Voyislav Stankoviç 24. Yusuf Laval 29. Sabir Buqrin 14. Romen Bask 36. Mamadu Kane 20. Mert Çelik 21. İsmayıl Zülfüqarlı 98. Famil Camalov

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov 93. Rza Cəfərov 22. Mirabdulla Abbasov 19. Fəhmin Muradbəyli 97. Xəyal Nəcəfov 10. Sezar Meza Kolli 11. Harramiz Soares 4. Huqo Basto 91. Ramon Maçado 9. Tiaqo Bezerra 70. Asim Əlizadə 37. Vüsal Əsgərov

Baş məşqçi: Samir Abasov

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev 5. Maksim Medvedev 30. Abbas Hüseynov 18. İsmayıl İbrahimli 10. Abdullah Zubir 11. Xayme Romero 81. Kevin Medina 6. Patrik Andrade 20. Kadi Borqes 25. Vadji İbrahima 27. Toral Bayramov

Ehtiyat oyunçular: 12. Emil Balayev (k) 89. Amin Ramazanov 2. Qara Qarayev 19. Filip Ozobiç 77. Ramil Şeydayev 7. Riçard Almeyda 13. Bəhlul Mustafazadə 17. Qaspar Panadero 29. Marko Vesoviç 22. Musa Qurbanlı 83. Nihad Quliyev

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

BAKU.WS