SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun son oyununda "Qarabağ" "Səbail"i qəbul edib. "Azersun Arena"dakı qarşılaşma Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu 30-cu dəqiqədə "köhlən atlar"ın hücumçusu Musa Qurbanlı vurub. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə dubl edən 19 yaşlı forvard komandasının üstünlüyünü artırıb - 2:0. Görüşdə son nöqtəni isə 75-ci dəqiqədə Filip Ozobiç qoyub.

81-ci dəqiqədə "Qarabağ"ın heyətində Riçard Almeyda zədələnərək, meydanı tərk edib. 3 əvəzetmənin hamısı istifadə olunduğundan ağdamlılar son dəqiqələri 10 nəfərlə keçirib.

Bu qələbədən sonra xallarının sayını 4-ə çatdıran "Qarabağ" 2-ci pilləyə yüksəlib. "Səbail" isə 3 xalla 5-ci sıraya geriləyib.

Qeyd edək ki, günün ilk oyununda "Neftçi" səfərdə "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. Ötən gün baş tutan matçlarda isə "Qəbələ" evdə "Keşlə"yə 2:1, "Sumqayıt" isə "Sabah"a 2:0 hesabı ilə qalib gəlib.

BAKU.WS