Samir Abasov: "Sabahkı oyuna tam hazırıq"

"İlk oyundan sonra artıq rəqib haqqında tam olaraq məlumatlıyıq. Sabahkı oyuna tam hazırıq. Bizi gərgin və maraqlı görüş gözləyir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, oyun öncəsi böyük ajiotaj var: "İnanırıq ki, azarkeşlərimizə gözəl hədiyyə edəcəyik. Buna gücümüz çatacaqmı, sabah bilinəcək. Yaxşı potensialımız var. İtkilərimiz haqqında danışmaq istəmirəm. Sabahı gözləyirik"
Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub.
Oxşar xəbərlər
“Neftçi”nin növbəti, “Qalatasaray”ın ilk sınağı
Bu gün “Neftçi” klubu UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rəqib Yunanıstanın “Oli...
