SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən "Olimpiakos"la UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən "Neftçi"nin futbolçusu Namik Ələskərov sosial şəbəkədə paylaşım edib.

BAKU.WS xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "İnstagram" səhifəsində səhhəti ilə bağlı yazıb.

"Hər şey yaxşıdır. Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm", - deyə Ələskərov qeyd edib.

Qeyd edək ki, matçın 43-cü dəqiqəsində rəqib futbolçu Məhəmməd Kamaranın kobud oyunundan sonra başından qan açılan Ələskərov görüşü davam etdirə bilməmişdi.

BAKU.WS
VİDEO