"Neftçi" "Olimpiakos"a minimal hesabla uduzdu - YENİLƏNİB

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Neftçi" səfərdə "Olimpiakos"a minimal hesabla məğlub olub.
***23:36
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
29-cu dəqiqədə Məhəmməd Kamaranın cərimə meydançası çölündən vurduğu zərbə qapıya daxil olub.
"Olimpiakos" beləliklə hesabda 1:0 önə keçib.
***23:04
Yunanıstan "Olimpiakos"u ilə "Neftçi" arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu start götürüb.
BAKU.WS-in məlumatına görə, qarşılaşma "Georgios Karaiskakis" stadionunda keçirilir. Oyunu portuqaliyalı referi Joau Pinyeyru idarə edir.
Oxşar xəbərlər
“Neftçi”nin növbəti, “Qalatasaray”ın ilk sınağı
Bu gün “Neftçi” klubu UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rəqib Yunanıstanın “Oli...