SİZİN REKLAM BURADA!
055 213 76 73


Argentina millisinin hücumçusu Lionel Messi Xavier Maskeranonun milli komandada rekordunu təkrarlayıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, L.Messi Amerika kubokunun 3-cü turunda Paraqvaya qarşı oyunda Argentina millisinin heyətində 147-ci oyununa çıxıb.

Bununla da ulduz futbolçu millidə ən çox oyun keçirən 37 yaşlı X.Maskeranoya çatıb.

Qeyd edək ki, oyun Argentinın Paraqvay üzərində minimal hesablı (1:0) qələbəsi ilə yekunlaşıb.

Bu qələbə ilə xalını 7-yə yüksəldən Argentina A qrupunda liderdir.

BAKU.WS