"Qarabağ", "Sumqayıt" və "Keşlə"nin rəqibləri müəyyənləşdi

Qarabağ, Sumqayıt və Keşlənin rəqibləri müəyyənləşdi
İdman 181

"Qarabağ", "Sumqayıt" və "Keşlə" klublarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsində rəqibləri müəyyənləşib.

BAKU.WS xəbər verir ki, "Qarabağ" İsrailin "Aşdod", "Sumqayıt" Serbiyanın "Çukariçki", "Keşlə" isə Rusiyanın "Soçi" klubu ilə üz-üzə gələcək.

Ağdam təmsilçisi ilk oyununu evdə, digər iki komanda isə ilk oyunlarını səfərdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.

Oxşar xəbərlər

Son xəbərlər