Məmmədyarov Aronyanı məğlub edərək liderliyini qorudu

Məmmədyarov Aronyanı məğlub edərək liderliyini qorudu
İdman 68

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic" turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti oyununu keçirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 36 yaşlı qrossmeyster ABŞ-a köçən Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Məmmədyarov 40-cı gedişdə rəqibini məğlubiyyətə uğradıb.

Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov qara fiqurlarla rumıniyalı Boqdan Daniel Dyakla heç-heçə edib - 0,5:0,5.

Bu nəticələrdən sonra Məmmədyarov xalını 4-ə çatdıraraq, rusiyalı Aleksandr Qrişukla birgə liderliyini davam etdirir. Rəcəbov isə 3 xalla 4-cü yerdə gedir.

Oxşar xəbərlər

Şəhriyar Məmmədyarov Aronyana qalib gəldi, Rəcəbov heç-heçə ilə başladı

Şəhriyar Məmmədyarov Aronyana qalib gəldi, Rəcəbov heç-heçə ilə başladı

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ilk görüşlərini...

110 İdman 20:45 13 mart 2021

Son xəbərlər