Azərbaycanlı güləşçi Tokio Olimpiadasında Ukraynanı təmsil edəcək
 
                            
                            
                                12
                                may
                            
                                2021
                                00:00
                            
                            Yayda Tokioda keçiriləcək Olimpiya oyunlarında Ukraynanı təmsil edəcək güləşçilər arasında azərbaycanlı Pərviz Nəsibov da var. Bu barədə məlumat Ukrayna Güləş Federasiyasının Tokioya aparılacaq güləşçilərinin siyahısında yer alıb.
BAKU.WS xəbər verir ki, həmyerlimiz 67 kiloqram çəki dərəcəsində yunan-roma güləş növü üzrə gücünü sınayacaq.
Ukraynanı Tokioda 18 çəki kateqoriyasından cəmi 10 çəki üzrə güləşçi təmsil edəcək ki, bu da ölkə tarixində ən pis göstəricidir. Belə ki, bundan öncə güləşçilər Olimpiadaya ən az lisenziyanı 2012-ci il London Olimpiadasında qazanmışdır.
Oxşar xəbərlər
İslam Abbasov: “Olimpiya lisenziyası mənim üçün ad günü hədiyyəsi oldu”
Yunan-Roma güləşində ilk olimpiya lisenziyamızın sahibi İslam Abbasov oldu.Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat turnirində 87 kq-...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    