Linoy Aşram Dünya Kubokunda qızıl medal qazanıb

09
may
2021
14:35
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda fərdi proqramda halqa ilə hərəkətlərdə İsrail gimnastı Linoy Aşram qızıl medal qazanıb.
BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, idmançı 27.150 xal toplayıb.
İkinci yerdə 26.850 xal toplamış rusiyalı Lala Kramarenko, üçüncü yerdə 26.600 xalla Belarus gimnastı Alina Qarnasko qərarlaşıb.
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü və son günü davam edir.
Yarışların üçüncü günündə fərdi proqramda ayrı-ayrı alətlər üzrə finallar keçirilir.
Oxşar xəbərlər
Dmitri Kramarenkonun qızı Bakıda gümüş medal qazandı
Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda final çıxışları başlayıb. BAKU.WS-in Report-a istinadla məlumatına görə, Milli Gimnastika Arenasındakı ya...
