SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək ulduz idmançıların siyahısı hazırlanıb. 

BAKU.WS xəbər verir ki, bu barədə "Globoesporte" nəşri məlumat ayıb.

Siyahıda adları göstərilən 100 ən yaxşı idmançı arasında Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev də var.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının startına 100 gün qalmış açıqlanan siyahıda ulduz futbolçu Neymar, məşhur tennisçilər Rafael Nadal, serbiyalı Novak Cokoviç, basketbolçu Lebron Ceyms və digərləri var.

Xatırladaq ki, ötən il keçirilməsi planlaşdırılan Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları təxirə salınmışdı. Ümumdünya Səhiyyə Təşkilatının məsləhətinə əsasən bu cür qərar qəbul olunmuşdu. Tokio-2020-nin adı dəyişdirilməyəcək və yarış bu ilin yayında baş tutacaq. Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 23 iyul-8 avqust tarixində gerçəkləşəcək.

BAKU.WS