Azərbaycanlı idmançı MMA-da qazandığı qələbəsini Qarabağ şəhidlərinə həsr etdi - VİDEO

09
mar
2021
12:27
Martın 7-də Ukraynanın Lutsk şəhərində "PROFC-Ukrayna" Liqasının himayəsi altında "PRIDE" MMA yarışı baş tutub.
BAKU.WS xəbər verir ki, yarışda iştirak edən azərbaycanlı idmançı Elçin Hüseynov ukraynalı rəqibi Oleksandr Qorodnyuka qalib gəlib.
93 kq çəki dərəcəsində mübarizə aparan Elçin Hüseynov əldə etdiyi qələbəni Qarabağ şəhidlərinə həsr edib.
Qeyd edək ki, turnirdə Ukrayna, Azərbaycan, Ermənistan, Tacikistan və Belarusiyanın müxtəlif bölgələrindən məşhur döyüşçülər iştirak ediblər.
Oxşar xəbərlər
“Pantera” Tünzalə: O qızla videom “Tik Tok”da 6 milyon baxış yığdı - FOTO
Azərbaycanlı qadın MMA döyüşçüsü Tünzalə İmanlının Oxu.Az saytına müsahibəsi: – Sizi tanımayan oxucularımıza özünüz barədə məlumat verin... – Biləsuvarda anadan...
