SİZİN REKLAM BURADA!
055 213 76 73


Teymur Rəcəbov erməni şahmatçı Levon Aronyanı məğlub edib.

BAKU.WS-in məlumatına görə, “Airthings Masters” turnirinin final görüşlərində üz-üzə gələn Azərbaycan qrossmeysteri Teymur Rəcəbovla Ermənistan təmsilçisi Levon Aronyan bu gün ilk matçda münasibətlərinə aydınlıq gətiriblər.

Dörd oyundan ibarət qarşılaşmada T.Rəcəbov qalib gəlib. Üç görüşdə heç-heçə edən Teymur son partiyada qara fiqurlarla qələbə qazanıb – 2,5:1,5. Sabah hərəsi 15 dəqiqədən ibarət daha dörd partiya baş tutacaq.

Qarşılaşma hətta heç-heçə yekunlaşsa belə Teymur Levon Aronyanı məğlub edərək turnirin qalibi adını qazanacaq.

Qələbə qazanacağı təqdirdə Teymur Rəcəbov şəxsi büdcəsini 60 min dollar zənginləşdirəcək. 

BAKU.WS