Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

BAKU.WS xəbər verir ki, günün son matçında "Zirə" "Keşlə"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Zirə"nin qollarını 30-cu dəqiqədə Dmitrios Çantakias, 60-cı dəqiqədə isə Ağabala Ramazanov vurub.

74-cü dəqiqədə isə "Zirə"nin digər legioneri Klesio Bauk avtoqol müəllifi olub. Mozambikli oyunçu 90+4-cü dəqiqəsində isə rəqib qapısına yol tapıb.

Qələbə sayəsində xallarının sayını 18-ə çatdıran qəsəbə təmsilçisi 2-ci pilləyə yüksəlib. "Keşlə" isə 12 xalla 5-cı sırada qərarlaşıb.

Qeyd edək ki, günün ilk matçında "Neftçi" "Qəbələ"ni səfərdə 4:1 hesabı ilə məğlub edib. İlk oyun günündə "Qarabağ" "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub edib. Tura noyabrın 23-də "Sabah" - "Səbail" görüşü ilə yekun vurulacaq.

BAKU.WS