Zorakılığa məruz qalan autizmli uşağın anası baş verənləri danışdı
Bakının Nərimanov rayonunda autizmli azyaşlıya qarşı fiziki zorakılıq edilməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb.
Hadisə Ə.Əlizadə küçəsi, 57 ünvanında yerləşən yaşayış binasının liftində baş verib.
Sosial şəbəkədə yayılan görüntülərdə 29 yaşlı şəxsin liftə daxil olmaq istəyən uşağı itələyərək yıxdığı görünür.
Azyaşlının anası Fidan Abdulla bildirib ki, hadisədən sonra 11 yaşlı övladı bir neçə saat danışa bilməyib və ciddi qorxu keçirib:
"Hadisədən bir neçə saat sonra oğlum mənə liftə daxil olarkən bir nəfərin onu vurduğunu dedi. Əvvəlcə həmin şəxsin uşaq olduğunu düşündüm. Səhəri gün binanın müşahidə kameralarının görüntülərinə baxanda gördüm ki, oğlumu itələyən 29 yaşlı şəxs imiş".
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Onun səhhəti nəzərə alınaraq tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində tədbirlərin görüldüyü bildirilir.
Faktla bağlı araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Generala yüksək vəzifə verildi - TƏYİNAT
Müdafiə Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib. BAKU.WS "Bakupost"a istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi,...