Ziya Məmmədovun şeirləri üzə çıxdı: “Yoldur, yola ver, getsin...”
01
okt
2019
12:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yazdığı iddia olunan şeirlərdən bir neçəsini əldə etmişik. BAKU.WS Qaynarinfo-ya istinadla xəbər verir ki, keçmiş nazirə aid olduğu deyilən şeirləri onun yaxın çevrəsində olanlardan biri redaksiyamıza təqdim edib. Xatırladaq ki, bir müddət əvvəl 67 yaşlı sabiq nazirin ibadətlə məşğul olduğu, mütəmadi olaraq Quranı mütaliə etdiyi və ara-sıra şeirlər yazdığı barədə verdiyimiz xəbər öz təsdiqini tapmışdı.. Z.Məmmədov 2002-2017-ci illərdə nəqliyyat naziri postunu tutub. Vəzifədə olduğu dövrdə Azərbaycanın ən korrupsiyalaşmış məmurlarından hesab olunan sabiq nazirin kreslosunu itirdikdən sonra biznesinin və şəxsi varidatının böyük hissəsinin əlindən çıxmasına dair iddialar dolaşır.Sabiq "nəqliyyat şefi"nin Ziya Hafiz imzasıyla yazdığı şeirlərdən bir neçəsini təqdim edirik:NəsihətAldanma dünyada şərə, yalana.Dadanma zibaya, zərə, talana.Nadanın haqqını aqil olanaZalımın haqqını qula ver, getsinHəyat dodağıma qonur ah kimi,Bəzən nəğmə kimi, "Çahargah" kimi,Nə fərqi qul kimi, ya da şah kimi -Ömür də bir yoldu, yola ver, getsinDaraldı dostların sırası, sayı,İndi dualardı qəlbimin payı,Hafiz, nə edirsən qızıl sarayıAldanma bu keyfə, hala, ver, getsin*Artıq payız fəslidir,Yağış, külək, ayaz...Könlüm dilə gəlir,deyir yenə yaz...Günəş yuxuludur, buludlar gümrah.Darıxır budaqlarda mandarin, nar,Qəlbimdə həsrətin kədəri var...*Əzizinəm dağdadı,Arandadı, dağdadı.Bülbül azıb meşədə,Gülü isə bağdadı.Əzizinəm, yar olsun,Heyva olsun, nar olsun.Dar gündə həyan olanKöhnə dostlar var olsun.Əzizinəm, qalasan,Yaman günə qalasan.Ötən günə gün çatmaz,Günü-günə calasan.
Oxşar xəbərlər
Azərbaycanda keçmiş məmurların XƏSTƏLİKLƏRİ
Bu gün mətbuatda yayılan məlumatlara görə, keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib. Buna görə də onun Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdiri...