Zibilin ağuşunda sərinləmək cəhdləri: Bakı çimərliyindən iyrənc GÖRÜNTÜLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Hövsan çimərliyində antisanitar vəziyyət hökm sürür.
Çimərlik mövsümünün qızmar çağında Qurban bayramı ilə əlaqədar tətil də insanların çimərliyə axışmaları üçün gözəl fürsət yaradıb.
İmkanı olan dənizə baş vurub, qızılı qumluqlarda günəşlənərək qışa “D” vitamini ehtiyatı toplamağa çalışır.
Ancaq bəzi çimərliklərdəki xoşagəlməz görüntülər sağlamlaşdırma cəhdlərinin üstündən xətt çəkir.
Məsələn, Hövsan çimərliyində çirkab suları ilə məişət tullantıları qorxunc mənzərə yaradıb. Görüntünün iyrəncliyi bir tərəfə, faktın insan sağlamlığına ciddi təhlükələr yaratması da qaçılmazdır.
“Global Photo Stock”un əməkdaşının çimərlikdəki vəziyyəti əks etdirən fotolarını təqdim edirik.
Qalereya
Oxşar xəbərlər
Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə bağlı fətva verdi
Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə bağlı fətva verib. BAKU.WS xəbər verir ki, fətvada deyilir ki, İslam aləminin ən əziz və müqəddəs günlərindən bir...