Zərdabda beş yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin Zərdab rayonunun Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən yenidənqurma işlərinə start verib.
BAKU.WS bu barədəAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) agentliyə istinadən xəbər verir.
Məlumata görə, uzun müddət istismar nəticəsində deformasiyaya uğramış sözügedən avtomobil yolunun nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi.
18 km uzunluğa malik avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
5 yaşayış məntəqəsini birləşdirən sözügedən yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni 6 metrə qədər nəzərdə tutulub.
Hazırda tikinti işləri yolun uzunluğu 5.4 km təşkil edən Məlikumudlu hissəsi üzrə icra olunur. Sözügedən hissədə torpaq işləri yekunlaşıb, hazırda suötürücü boruların inşası və bəzi yerlərdə yol əsasının tikintisi aparılır.
Texnoloji ardıcıllığa uyğun daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək.
Layihə üzrə yolboyu asfaltlanma işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanı və siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Qalereya
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...