Zəngilanda vətəndaşlara səyyar ASAN xidmət göstərilib
Yeniliklərdən dərhal xəbərdar olun
Zəngilan rayonunun Ağalı kəndinin Dövlət Xidmətləri Mərkəzindəki "ASAN xidmət" köşkü vasitəsilə növbəti dəfə vətəndaşlara xidmət göstərilib.
Bu barədə BAKU.WS-ə "ASAN xidmət"dən məlumat verilib
Vətəndaşlara müəyyən onlayn xidmətlər üzrə yerində, digər növ xidmətlər üzrə isə müraciətləri qəbul edilməklə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstərilib.
Bu çərçivədə ümumilikdə 35 nəfər vətəndaşa şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətləri ilə bağlı müvafiq xidmətlər təmin edilib.
Xatırladaq ki, Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi 4 avqust 2022-ci il tarixində faəliyyətə başlayıb.
Oxşar xəbərlər
Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı
Gəncə şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində yeni işlərin görülməsi planlaşdırılır. Şəhərin bir sıra ərazilərində yol örtüyünün yaxşılaşdırıl...