Zəngilanda "KOB Fest" sərgi-satış yarmarkası keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü il ərzində təşkil olunmuş 10 "KOB Fest" sərgi-satış yarmarkası çərçivəsində 440-a yaxın KOB subyektinin məhsullarının tanıdılmasına və satışına dəstək göstərilib.
BAKU.WS xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
2024-cü ilin sonuncu, sayca 10-cu "KOB Fest" sərgi-satış yarmarkası Zəngilan rayonunun Ağalı kəndində keçirilib. Yarmarkada Zəngilan, eləcə də ətraf şəhər və rayonlardan olan 60-a yaxın KOB subyektinin qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilib və satışı həyata keçirilib.
Qeyd edək ki, 2024-cü il ərzində "KOB Fest" sərgi-satış yarmarkaları Bakıda, Göygöldə, Şəkidə, Gəncədə, Masallıda, Naxçıvanda, Zaqatalada, Xaçmazda, Göyçayda və Zəngilanda təşkil edilib. Bu yarmarkalarda ümumilikdə 440-a yaxın KOB subyekti və yaradıcı şəxslərin məhsul və xidmətləri təqdim olunub. "KOB FEST" sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədilə keçirilib. Yarmarka KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, sahibkarların yeni əməkdaşlıqlar qurması, satış bacarıqlarının inkişaf etdirilməsinə də öz töhfəsini verib.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...