Zəngilanda işləmək istəyənlərə ŞAD XƏBƏR!
Zəngilan rayonunda növbəti əmək yarmarkası keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Yarmarka Zəngilan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə birgə Zəngilan şəhəri, Samir Sarıyev küçəsi, 7 ünvanında baş tutacaq. Belə ki, yarmarkada nasos qurğuların maşinisti, təmizləyici qurğuların operatoru, təmirçi-çilingər və s. üzrə vakansiyalar təqdim olunacaq.
Aktiv məşğulluq tədbirində vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Habelə Agentliyin icra etdiyi məşğulluq proqramları barədə iştirakçılara ətraflı məlumat veriləcək.
Qeyd edək ki, əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Oxşar xəbərlər
Bu il 116 minə yaxın şagird məzun olacaq
Azərbaycanda 2025-2026-cı tədris ilində 116 minə yaxın şagird XI sinfi bitirəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyin...