Zəngilan sakinlərini sevindirəcək 34 milyonluq YENİ LAYİHƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsində tikinti işlərinə start veriləcək.
BAKU.WS-in Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən əldə etdiyi məlumata görə, layihənin ehtimal olunan dəyəri 33 898 511 manat təşkil edir.
Layihə çərçivəsində Zəngilan şəhərində salınacaq 2-ci yaşayış məhəlləsində çoxmənzilli yaşayış binalarının tikintisi və bütün tikinti-quraşdırma işlərinin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, tikinti işləri Zəngilan şəhərində məskunlaşmanı sürətləndirəcək, əhalinin mənzil şəraitini yaxşılaşdıracaq və regionda sosial-iqtisadi canlanmanın artmasına mühüm töhfə verəcək.
Oxşar xəbərlər
Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı
Gəncə şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində yeni işlərin görülməsi planlaşdırılır. Şəhərin bir sıra ərazilərində yol örtüyünün yaxşılaşdırıl...