Zəngəzurdan keçəcək yeni nəqliyyat dəhlizinin Türkiyə hissəsində işlər bu il yekunlaşacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Zəngəzurdan keçəcək yeni nəqliyyat dəhlizinin Türkiyə hissəsində işlər bu il yekunlaşacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada media nümayəndələri ilə görüşündə deyib.
O bildirib ki, başlanğıcını Azərbaycandan götürən, Zəngəzur dəhlizindən keçərək Qarsa çatan alternativ dəhliz yaradılır.
“Hazırda dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində işlər tamamlanmaq üzrədir. Biz də Dilucu, İğdır və Qarsda işlər görürük və bu il üçün yekunlaşdırılması planlaşdırılır. Bu, çox ciddi bir alternativ olacaq”, - deyə nazir bildirib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...