Zəlzələdə həlak olan azərbaycanlı tələbənin babası: "Bizim nəslin birinci nəvəsi idi" - VİDEO

Zəlzələdə həlak olan azərbaycanlı tələbənin babası: Bizim nəslin birinci nəvəsi idi - VİDEO
Video
Sosial 163

Türkiyənin Malatya şəhərində baş verən güclü zəlzələdə dağıntılar altında qalaraq vəfat edən azərbaycanlı tələbələr Hümam İsmayıllı və Gündüz Nəzərzadənin yas mərasimi keçirilir.

BAKU.WS-in məlumatına görə, Sumqayıt şəhərində keçirilən vida mərasimində mərhumların ailə üzvləri, yaxınları iştirak edirlər.

Tələbələrdən biri Hümam İsmayıllının babası BAKU.WS-ə açıqlamasında nəvəsinin vəfatına görə dərin kədər hissi keçirdiyini bildirib.

O, Hümamın nəslin birinci nəvəsi, eyni zamanda çalışqan və istedadlı uşaq olduğunu vurğulayıb:

“Öz fəlsəfi duyğuları var idi. İnsanlara münasibəti ilə bambaşqa biri idi. Həm də gözəl oxuyurdu. Birinci sinifdən əlaçı olub. Eyni anda Azərbaycan Dövlət Neft Sənayesi Universitetinə və Malatya Universitetinə imtahan verdi qəbul oldu. Oranı seçdi oxumaq üçün. Dedim oğul gəl Bakıda oxu. Dedi yox ora gedib orada oxuyacam. İndi magistraturaya hazırlaşırdı. Qisməti belə gətirdi”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər