Zəfər Günü üçün hava proqnozu açıqlanıb

Sabah, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarına gəlincə, hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti olacaq.
Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər Günü bayramıdır.
Oxşar xəbərlər
Noyabr ayına olan HAVA PROQNOZU
Noyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə normadan aşağı enəcəyi gözlənilir. Milli Hidrometeorologiya X...
