Zaqatala və Qaxda elektrik enerjisi kəsilib
Qeyri-sabit hava şəraiti Zaqatala və Qax rayonlarını işıqsız qoyub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisəyə axşam saatlarından başlayaraq davam edən yağışlı və küləkli hava səbəb olub.
Güclü külək nəticəsində iri gövdəli ağaclar Zaqatala rayonu ərazisində 110 kilovoltluq birinci və ikinci xətlərin üzərinə aşıb. Nəticədə Zaqatala və Qax rayonlarında tam olaraq elektrik enerjisinin verilişi dayandırılıb.
"Azərişıq" ASC-nin Şimal-Qərb Regional İdarəsindən "Report"un yerli bürosuna bildirilib ki, regionda yerləşən şəbəkələrin əməkdaşları hadisə baş verən əraziyə yollanıblar. Elektrik enerjisinin bərpası istiqamətində təxirəsalınmaz işlər görülür.
Oxşar xəbərlər
Bu gün energetiklərin peşə bayramı günüdür
Bu gün Azərbaycanda Energetiklərin peşə bayramı günüdür. Artıq 19 ildir ki, energetiklər bu günü qeyd edirlər. BAKU.WS xəbər verir ki, 1981-ci il oktyabrın 20-...