Zabuxçay su anbarından Qubadlı və Zəngilana yeni suvarma xətti çəkildi

Zabuxçay su anbarından Qubadlı və Zəngilana yeni suvarma xətti çəkildi
Sosial 66

"Əkin sahələrinin suvarılmasını təmin etmək üçün Zabuxçay su anbarından magistral su xətti istifadəyə verilib".

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.

O bildirib ki, magistral boru xəttinin ümumi uzunluğu 51 600 metrdir:

"Bu xətt Zabuxçay su anbarından çıxaraq Həkəri çayının sağ və sol sahillərində yerləşən Qubadlı və Zəngilan rayonlarının əkin sahələrinə su çatdırır. Boru xəttinin suötürmə qabiliyyəti başlanğıcda saniyədə 6.2 kubmetrdir. Sistem yüksəktəzyiqli çiləyici və damcılı suvarma üçün nəzərdə tutulub və tam qapalı suvarma boru sistemi əsasında qurulub".

İ.Quliyev, həmçinin qeyd edib ki, bu il Zəngilan və Qubadlı rayonlarının ərazisində yerləşən aqroparkların ümumilikdə 2 900 hektar əkin sahəsi Zabuxçay su anbarından suvarma suyu ilə təmin edilib:

"Bu layihə regionun aqrar inkişafında mühüm rol oynamaqla yanaşı, kənd təsərrüfatında məhsuldarlığın artırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsi baxımından da əhəmiyyətli töhfə verir".

Son xəbərlər