Yunis Səfərovun məhkəməsi təxirə salındı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 dəstə üzvünün cinayət işi üzrə hazırlıq iclası başlayıb.
BAKU.WS trend-ə istinadən xəbər veir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlərlə çıxış edərək işdə kobud qanun pozuntuları olduğu üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasını, maddi sübutlara baxış keçirilməsini və bəzi təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlər veriblər.
Hakimlər vəsatətlərə münasibət bildirmək üçün məhkəmənin hazırlıq iclasını sabahadək təxirə salıb.
Oxşar xəbərlər
İlhamə Quliyevanın oğlunun adı hallanan cinayət işindən YENİ XƏBƏR
Bakı Apellyasiya Məhkəməsində Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Etibar Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şika...