“Yüksəliş” müsabiqəsi üzrə qeydiyyat başlayıb
01
mar
2024
10:59
“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümünün qeydiyyat mərhələsinə start verilib.
BAKU.WS-in xəbərinə görə, yaşı 21-dən 51-ə qədər, ali təhsilli, Azərbaycan vətəndaşı və ən azı 2 illik idarəetmə təcrübəsi olan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Qalib gələn 20 nəfər mentorlar tərəfindən 1 illik fərdi inkişaf planı, 20 000 AZN dəyərində pul mükafatı və adlarını kadr ehtiyat bankına daxil etmək imkanı əldə edir.
Qeydiyyat mərhələsi 31 martadək davam edəcək.
Oxşar xəbərlər
“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başlayıb
Bu gün “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib. BAKU.WS report-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndiril...