Yük daşıyan lokomotivlərin dezinfeksiyasına başlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus pandemiyası ilə bağlı "Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, aparılan dezinfeksiya tədbirləri çərçivəsində Gəncə şəhəri və ətraf rayonlara dəmiryolu xətti yük daşınmasını təmin edən teplovoz və elektrovozlar dezinfeksiya olunur.
Artıq xəttə buraxılan təxminən 20 teplovoz və 10 elektrovoz gündəlik olaraq dezinfeksiya edilib.
Məlumat üçün bildirək ki, ölkə ərazisində koronavirus pandemiyasının yayılmasından sonra Nazirlər Kabineti Yanında Yaradılan Operativ Qərargahın təlimatına uyğun olaraq Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda bu tarixdən küçəyə çıxmağa yalnız SMS-lə icazə verəcəklər
Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqq...