Yorğunluğu aradan qaldıracaq məhsullar - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Elmi araşdırmalar göstərib ki, bəzi qidaları qəbul edənlər daha keyfiyyətli yuxuya malikdirlər. Bunun sayəsində belə insanlar gümrah oyanırlar.
BAKU.WS xarici mediaya istinadən sözügedən məhsulları təqdim edir:
Balıq - Yağlı balıqlarda omeqa-3 yüksəkdir. Bu turşular yaddaşı möhkəmləndirir. Həftədə bir dəfə qızılbalıq, sardina yemək tövsiyə olunur.
Qatıq - Probiyotiklərlə zəngindir, həzm sisteminin işində iştirak edir və enerji səviyyəsini artırır.
Qəhvə - Bu içki tərkibində kofein olduğu üçün enerji verir. Gündə bir və ya iki stəkan istehlak etmək yaxşıdır.
Banan - Tərkibində kalium var və orqanizmin dözümlülüyünü artırır.
Kivi - Tərkibində çoxlu C vitamini olan meyvədir. İmmunitet sistemini gücləndirir və enerji səviyyəsini artırır. Yatmadan əvvəl bir kivi yemək yuxu keyfiyyətini artıracaq.
Avokado - Bu meyvədə çoxlu miqdarda kalium və lif var. Avokado həmçinin qəbizliyin qarşısını alır və həzmi tənzimləyir.
Badam - Tərkibində çoxlu lif və sağlam yağlar var.
Yumurta - Enerji səviyyələrini artırmaq üçün gündə iki ədəd istehlak etmək kifayətdir.
Yulaf - Tərkibində lif və mürəkkəb karbohidratların olması ilə seçilir.
Oxşar xəbərlər
Yayda bu 6 meyvə mütləq yeyilməlidir - FOTO
Yay təkcə dəniz, qum və günəşdən ibarət deyil. Yay aylarına xas meyvələr süfrələrdən əskik olmamalıdır. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, qidalan...