Yolu düzgün yerdən keçməyən piyadalara qarşı tədbir görüldü

Yolu düzgün yerdən keçməyən piyadalara qarşı tədbir görüldü
Video
Sosial 84

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə profilaktik tədbir keçirib.

BAKU.WS xəbər verir ki, tədbir zamanı aşkarlanan qayda pozuntularına dərhal reaksiya verilib, sürücü və piyadalarla profilaktik söhbətlər aparılaraq qanunvericiliyin tələbləri izah olunub.

Həmçinin piyadaların yolun hərəkət hissəsinə qəfil çıxması, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının çirkləndiyi üçün görünməməsi, eləcə də yanqoşqusu olmayan motosiklet, moped, velosiped və kiçik elektrikli nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin yol kənarında ikinci və sonrakı cərgədə dayanması kimi qayda pozuntuları qeydə alınıb. Qaydanı pozan hərəkət iştirakçıları ilə maarifləndirici söhbətlər aparılaraq təhlükəsizliyin vacibliyi bir daha diqqətə çatdırılıb.

Hörmətli hərəkət iştirakçıları! Gəlin, yollarda qaydalara əməl etməklə həm öz həyatımıza dəyər verək, həm də başqalarının həyatını təhlükəyə atmayaq. Unutmayaq ki, təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir!

Son xəbərlər