Yollarda xüsusi karantin rejiminin pozulmasına görə 44016 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 29.04.2020-ci il saat 00:00-dan 30.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 839 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44016 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Oxşar xəbərlər
Nazirlər Kabinetindən karantin rejimindən çıxma ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəltmişdir. 2020-ci il mart ayı...