Yollarda görməni məhdudlaşdıran təhlükə - Yüksək sürət korluğu
Yolda yüksək sürətlə hərəkət edən sürücülərin ətrafı qavrama qabiliyyəti kəskin zəifləyir. Sürət artdıqca görmə bucağı daralır, diqqət isə yalnız qarşıda görünən məhdud sahəyə yönəlir. Bu hal "yüksək sürət korluğu" kimi tanınır və təhlükələrin vaxtında nəzərə alınmasını çətinləşdirir".
BAKU.WS xəbər verir ki, bu barədə BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib.
Araşdırmalar göstərir ki, yüksək sürət zamanı:
• Periferik görmə zəifləyir – yolkənarında baş verən dəyişikliklər daha gec qəbul olunur;
• Reaksiya müddəti azalır – qəfil yaranan təhlükəyə vaxtında müdaxilə etmək çətinləşir;
• Tormoz məsafəsi artır – toqquşmanın qarşısını almaq mümkün olmur və nəticələr daha ağır olur.
Sürət hədlərinin müəyyən edilməsində məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, insan həyatını qorumaqdır. Buna görə sürücülərin yolun vəziyyətini, hava şəraitini və hərəkət intensivliyini nəzərə alaraq müəyyən olunmuş sürət limitlərinə ciddi əməl etməsi vacibdir.
"Yollarda təhlükəsizliyiniz üçün sürətə yox, təhlükəsizliyə üstünlük verin" -deyə Rövşən Tağıyev əlavə edib.
Oxşar xəbərlər
Nizami Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında sistem şlanqı tapılmır?
Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu. Valideyn bu iddia ilə sosial şəbəkədə paylaşım edib. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki...