Yollar buz bağlaya bilər - Nazirlikdən XƏBƏRDARLIQ

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, martın 22-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Quba-Qusar, Bakı-Şamaxı-Yevlax, Qorağan-Qax-Zaqatala, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Yevlax-Xocalı-Laçın, Şuşa-Füzuli, Gəncə-Daşkəsən, Qaraməryəm-İsmayıllı-Şəki, Ağdam-Füzuli-Horadiz, Füzuli-Cəbrayıl-Mahmudlu, Şəmkir-Gədəbəy, Lənkəran-Lerik, Masallı-Yardımlı, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı, dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Oxşar xəbərlər
Sabah bu ərazilərdə yollar buz bağlayacaq
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq. BAKU.WS bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir. Belə ki, martın 14-də ölkə ərazisində...
