Yoldan bank kartı tapdı, özgəsinin pulunu xərclədiyi üçün cəzalandırıldı

Yoldan bank kartı tapdı, özgəsinin pulunu xərclədiyi üçün cəzalandırıldı
Sosial 137

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən ticarət mərkəzindəki mağazalardan birində satıcı işləyən şəxs oğurluq etdiyinə görə həbs olunub.

BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü D.F.-nin barəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İttihama əsasən, satıcı işləyən D.F. yolda banklardan birinə məxsus, Z.S. adlı şəxsə aid bank kartı tapıb. O, həmin kartdan istifadə edərək mağazalardan birindən iki köynək və bir ədəd şalvar, başqa bir mağazadan isə bir jaket və bir köynək, həmçinin bir cüt ayaqqabı alıb. Bundan əlavə, o, "Sahil" metrostansiyasının yaxınlığında yerləşən kafedə 14 manat 50 qəpik məbləğində alış-veriş edib. Nəticədə zərərçəkmişə ümumilikdə 455 manat 32 qəpik məbləğində maddi ziyan dəyib.

Məhkəmənin qərarına əsasən, D.F.-yə 27 may 2025-ci ildən 29 may 2025-ci ilədək şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınmaqla, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Son xəbərlər