Yolda sürət həddini aşmağa görə cərimələr artırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yolda sürət həddini aşmağa görə cərimələr artırılıb.
"Report"un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyi təsdiq edib.
Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq.
Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.
Məcəllənin əvvəlki variantı aşağıdakı kimidir:
Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir.
Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.
Oxşar xəbərlər
Sürücülərə XƏBƏRDARLIQ - Sürət həddini aşmağa görə cərimələr 300 AZN-ə qədər artırılır
Yolda sürət həddini aşmaya görə cərimələr artırılır. BAKU.WS “report”a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. B...