Yol polisindən "Formula 1"lə bağlı daha bir AÇIQLAMA

Yol polisindən Formula 1lə bağlı daha bir AÇIQLAMA
Sosial 542

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar vətəndaşlara müraciət edib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar Bakı şəhəri ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə 8 iyun tarixinədək bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlər barədə təqdim etdiyimiz məlumata əlavə olaraq bildirmək istəyirik ki, xüsusən yük avtomobillərinin sürücüləri, onların hərəkətlərini tənzimləyən fiziki və hüquqi şəxslərdən paytaxtın mərkəz istiqamətinə səfərlərini məhdudlaşdırmağı, şəxsi nəqliyyat vasitəsi ilə hərəkət edən vətəndaşlarımızın isə paytaxtın mərkəzi küçə və prospektlərində parklama imkanlarının azaldığını nəzərə alıb ictimai nəqliyyata üstünlük vermələrini, xüsusilə bu dövrdə dayanma və durma qaydalarına əməl etmələrini, sürücülərdən Dövlət Yol Polisi əməkdaşlarının tədbir keçirilən ərazilərdə nizamlayıcı qismində verdiyi işarələrə düzgün əməl edilməsini bir daha tövsiyə edirik”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər