Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə yol polisləri tərəfindən profilaktik tədbirlər davam etdirilir.
BAKU.WS xəbər verir ki, Sabunçu, Xətai, Xəzər, Suraxanı, Nərimanov və Binəqədi rayonlarında keçirilən növbəti tədbirlər zamanı aşkarlanan qayda pozuntuları ilə bağlı sürücülərlə profilaktik söhbətlər aparılaraq qanunvericiliyin tələbləri izah olunub.
Tədbirlər zamanı yükdaşıma qaydalarını pozan, avtomobilin konstruksiyasında dəyişikliklər edən, nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən və s. qayda pozuntularına yol verən şəxslər müəyyən ediliblər.
Həmçinin, yoxlamalar zamanı nəqliyyat vasitəsini narkotiklərin təsiri altında idarə edən bir sürücü Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "Ukrayna dairəsi" yaxınlığında aşkarlanıb. Qaydanı pozan digər hərəkət iştirakçılarının diqqətinə təhlükəsizliyin vacibliyi bir daha çatdırılıb.
Paytaxtda yol hərəkəti qaydalarına əməl olunmasının nümunəvi təşkili məqsədi ilə müvafiq tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Unutmayaq ki, təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir!
Qalereya
Oxşar xəbərlər
FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. BAKU.WS xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri general-...